• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1941
— 14.05.2019 19:28

Gəncədə İlk dəfə elektrobus və taxılyığan kombayn istehsal olunub

KepezTV Player

Azərbaycanda ilk olacaq elektrobuslar ən müasir tələblərə cavab verməklə yanaşı ekoloji çirklənmənin də qarşısını alır.  Nəqliyyat vasitəsi 26 yerlik olsa da, xidmət zamanı 100-ə yaxın sərnişin daşıya bilir. Xüsusi bateriya ilə təchiz olunan avtobus cəmi 6 dəqiqəyə enerji yığır. Tam doldurulan batareyalar 50 km-ə qədər yol qət etməyə imkan verir. Kondisoner, isitmə sistemi, monitor və təhlükəsizlik kamerası, sərnişinlərin rahat şəkildə daşınmasını mümkün edəcək.

İqor Lyaşinko Belarusun baş nazirinin müavini: Bu gün biz Belarus və Azərbaycan prezidentinin iki ölkə arasında avtomobil istehsalı sahəsində əməkdaşlığın genişlənldirilməsi ilə bağlı verdikləri tapşırıqların yerinə yetirildiyinin şahidi olduq. Gəncə zavodunda ənənəvi istehsal olan traktorlarla yanaşı avtomobillərin də yığımına başlanıldı. O, cümlədən avtobus və elektrobusların istehsalına. Bu gün konveyrdən buraxılan elektrobuslar isə Belkommunmaşın ən son nəaliyyətlərindəndir. Ekoloji cəhətdən faydalı olan elektrobuslar bundan sonra geniş şəkildə Gəncə avtomobil zavodunda istehsal olunacaq.

Zavodda istehsal ediləcək digər texnika isə 155 at gücündə olan və müasir tələblərə cavab verən taxılyığan kombaynlardır. Taxıldöyümü sistemi üçün xüsusi barabanlarla təchiz olunan kombaynın barabanları dəqiqədə 875 dəfə fırlanır. Sürəti isə saatda 20 kilometrdir. Avropa istehsalı olan kombaynlarla eyni göstəricilərə malik olan texnikanın qiyməti isə, müqayisədə daha əlverişlidi.

Gələcəkdə zavodda şəhər təsərrüfatı üçün lazım olan kommunal  texnikaların istehsalı da nəzərdə tutulub. Bununla bağlı tərəflər arasında danışıqlar aparılıb, imkanlar müzakirə edilib.

Sifariş olduğu halda zavod il ərzində 150 elektrobus və 120 kombayn yığmaq gücünə malikdir. Nəqliyyat vasitələri ilə tanış olan rəsmilər sərnişin qismində elektrobusun imkanlarını dəyərləndirib, eləcə də batareyaların doldurulması prosesini izləyiblər.