• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 840
— 14.05.2019 12:38

“Nəsimi ili” çərçivəsində tədbirlərə start verilib

KepezTV Player

Samux rayon Mərkəzi Kitabxanasında böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar olaraq “Oxu günü” təşkil edib. 2019-cu ilin dövlət səviyyəsində “Nəsimi ili” elan edilməsinin əhəmiyyətinə toxunulub, ölkəmizdə humanitar fikrə, ədəbiyyata göstərilən diqqət və qayğıdan danışılıb. Nəsimi irsinin öyrənilməsi və təbliğinin önəminə toxunulub. “Nəsimi ili” çərçivəsində rayonda keçiriləcək tədbirlərin bədii qiraət, inşa və rəsm müsabiqələri, dəyirmi masa, məlumat və qəzəl saatlarının təşkili və “ucadan oxu”ların keçirilməsi, interaktiv plakatın, iki dildə videoçarxın hazırlanmasını əhatə etdiyi vurğulanıb. Rayonda fəaliyyət göstərən uşaq bağçaları və məktəblərin kollketivləri Nəsimi yaradıclığına müraciət edərək şerlər səsləndirib və rəqslər ifa ediblər. Tədbirdə fəallığı ilə seçilən kollketivlər fəxri fərmanla mükafatlandırılıblar.

Şəhla Abdullayeva Samux rayon MKS-nin direktoru: İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədər Nəsimi poeziyasını təbliğ etməyə çalışacağıq. Məqsəd Nəsimi dəryasını oxuculara çatdırmaqdır. Bu gündən etirabən bu cür kitab sərgilərimiz tədbirlərimizə start verimişik. Bu kimi tədbilər davamlı xarakter alacaq.

Natiq Hüseyn