Bu günə xəbərlərin oxunma sayı: 724
— 14.05.2019 12:36

“Brazilidade” qrupu Gəncədə konsert verib

KepezTV Player

“İMAGİNE Avro” tolerantlıq festivalı çərçivəsində “Brazilidade” qrupu Gəncədə konsert verib. Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutan proqramda qrup üzvləri tamaşaçılara musiqi dolu xoş anlar yaşadıblar. “Brazilidade” qrupunun təsisçisi Klaudio Frankodur. Braziliyanın San Paulo şəhərindən olan Franko Azərbaycana magistr təhsili almaq üçün gəlib və burada gənc istedadları bir araya toplayaraq, musiqi qrupu yaradıb. Qrup müxtəlif yerli ritmlərlə kul-cazın özünəməxsus qarışığını ehtiva edən Braziliyanın bossa nova musiqi üslübünda mahnılar ifa edir. Solist isə Diana Hacıyevadır.