• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2204
— 14.05.2019 12:33

Naxçıvanın muxtariyyəti Gəncədə qeyd edilib

KepezTV Player

Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın mühüm rolu, ulu öndər Heydər Əliyevin quruculuq yolu ilə gedən Muxtar Respublikanın sosial-iqtisadi sahədə inkişafına Gəncədə nəzəar salınıb. Azərbaycan Dövlət Aqrar Universitetində Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı keçirilən tədbirdə Naxçıvana XX əsrin 20-ci illərində bölgədə baş verən ictimai-siyasi hadisələr nəticəsində muxtariyyət verildiyi vurğulanıb. Ümummili liderin siyasəti nəticəsində Naxçıvanda ictimai-siyasi həyatın canlandığı, milli dövlətçiliyin bərpa edildiyi, problemlər məngənəsindən xilas edildiyi, muxtar respublika ilə nəqliyyat və kommunikasiya əlaqələrinin qurulduğu önə çəkilib. Tədbir Naxçıvana həsr edilən bədii hissə ilə davam edib.