• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 683
— 14.05.2019 12:30

Rumıniya səfiri Gəncədə

KepezTV Player

Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan İanku Gəncəyə səfərə gəlib. Şəhər rəhbərliyi ilə görüşdə bir sıra məsələlər, o cümlədən iqtisadi, mədəni, təhsil sahələrində əməkdaşlıq müzakirə olunub. Diplomata Gəncədə aparılan yenidənqurma işləri, burada fəaliyyət göstərən sənaye müəssisələrinin işi və şəhərin turizm potensialı barədə ətraflı məlumat verilib. Öz növbəsində Dan İanku Gəncədə olduğundan böyük şərəf duyduğunu, hər gəlişində şəhərin gözəlliyinə daha da heyran qaldığını dilə gətirib, ikitərəfli münasibətlərin daha dərin formada inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Dan İanku Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri:Bu görüşlərin çox böyük əhəmiyyəti var. Mənim gəlişimin əsas məqsədlərindən biri universitetlərarası əlaqələrin genişləndirilməsi istiqamətində danışıqlar aparılmasıdır. Bununla bağlı bu gün ADAU və GDU-nun rəhbərlikləri ilə görüşlərim olacaq. Bu görüşlərdə tələbə mübadiləsi, təhsil sisteminin öyrənilməsi kimi mühüm mövzular müzakirə olunacaq.