Bu günə xəbərlərin oxunma sayı: 776
— 14.05.2019 11:42

Tovuz sakini sərxoş halda mağazanı qarət edib

KepezTV Player

Tovuzda mağaza qarət olunub. Oğurluğu edən isə obyekt sahibinin qohumu olub. “İsti izlərlə” saxlanılan  həmin şəxsin cinayəti törədən zaman ağır dərəcəli sərxoş olduğu müəyən edilib.

Hadisə mayın 6-dan 7-nə keçən gecə Tovuzun Qovlar şəhərində yerləşən mağazalardan birində baş verib. Qapını sındıraraq içəri daxil olan şəxs oradan nağd pul aparıb. Tovuz rayon Polis Şöbəsi Qovlar Polis Bölməsi əməkdaşlarının “isti izlərlə” keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ayaz Qasımov saxlanılıb.

Bərzani Abbasov baş müstəntiq: Qovlar şəhər sakini Qasımov Ayaz Rasim oğlu qanunsuz olaraq mağazaya daxil olub və oradan 350 manat dəyərində əmlakı gizli yolla talayaraq oğurluq edib. Ayaz Qasımov barəsində toplanılmış material üzrə cinayət işi başlanılıb və şübhəli şəxs qismində tutularaq müvəqqəti saxlama yerinə yerləşdirilib. 

Qovlar polis bölməsində Ayaz Qasımovun üzərinə şəxsi axtarış aparılan zaman onun oğurluq yolla əldə etdiyi pulun  bir qismi aşkar edilərək götürülüb. Saxlanılan şəxs ağır dərəcəli sərxoş oluğunu və hadisəni də spirtli içkinin təsiri altında törətdiyini deyib. O əməlinə görə peşman olduğunu da gizlətməyib.

Ayaz Qasımov saxlanılan şəxs: Girdim içəri sürmədən götürüb çıxdım. Amma üstündən 25 manat xərclədim. Ayrı heçnə ora qoymuşam. Bir səhvdi etmişəm.

Ayaz Qasımovun digər oğurluq cinayətləri törətməsi istisna olunmur. Hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Natiq Hüseyn