• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 13.05.2019 19:14

Novbar məhsullar satışdadır. Yeyək, ya yeməyək?

KepezTV Player

Artıq bazarlarda novbar meyvə və tərəvəzlərin satışına başlanılıb. Alça, çiyələk, gilas, xiyar, pamidor, badımcan, bibər, kartof və digər novbarlıq məhsulları piştaxtalarda görmək mümkündü. Bəs bu məhsulları yemək təhlükə yaradırmı? Bunu qarşıdakı sujetdən biləcəyik.

Mayın əvvəlindən başlayaraq Gəncənin bazarlarında satışda novbarlıq məhsulları görmək mümkündür. Əsasən satışa ətraf rayonlardan gətirilən məhsullar çıxarılıb. Alıcılar isə bazarlarda daha çox alınça və çiyələk almağa üstünlük verirlər. Gilasın alıcısı isə elə də çox deyil. Piştaxtalarda təzə pomidor, xiyar, badımcan, bibər, lobya, kartof və kələm də var.

Ələkbər Xəlilov - alıcı: Bazarda olan nübar meyvələrdən almaq olar. Yəni cibimizə görə almaq mümkündü. Pamidor, xiyar, lobya bunları alırıq. Bizə sərf edir.

Atin Muradov - alıcı: Nubar çıxanlardan alça, çiyələk, gilas almışam. Qiymətlərdə bu günkü gün sərf edir.

Əsgər Hüseynov - satıcı: Xiyarın 1 kiloqramı 50 qəpik, alça 1 manat 20 qəpik -1 manat 50 qəpik, pamidor 1 manat, kartof 60-70 qəpikdi.

Bəxtiyar İsmayılov - satıcı: Alıcılıq qüvvəsi varımızdır, gəlirlər alırlar.Təzə çıxan çiyələkdir, gilasdı meyvələrdən gəlirlər alırlar. Pamidordu, xiyardı daha çox alınır.

Cəmilə Mehdiyeva - satıcı:1 manat 50 qəpiyə gilası veririk, 2 manata alçanı, 50 qəpiyə xiyarı veriri, hamısı da uzuz qiymətə veririk. Bir səbəti doldurmaq olur əti içində, nübarlıq meyvənin hamısı içində 100 manat ərsəyə gəlir.

Novbarlıq məhsullarının bazarlarda çox olmaması süni qiymət artımına əsas yaratsa da qabaqlayıcı tədbirlər görülür.

Siracəddin Mərdəliyev - bazar nümayəndəsi: Novbar meyvələrin gəlişində, satışında bazar rəhbərliyinin təlimatı ilə köməklik göstəririk. Qiymətlərin də tənzimlənməsində nəzarət edirik. Hər gün nəzarətçilərimiz qiymətlərə nəzarət edir. Qiymətlərin qalxmasının qarşısını alırıq elə bir artım yoxdu. Satıcılar, alıcılar sərbəst gəlib alış-veriş edə bilirlər.

Həkimlər isə novbarlıqlardan istifadə edərkən ehtiyatlı olmağı məsləhət görür.

Şirin Əhmədova - Yoluxucu Xəstəliklər Xəstəxanasının Uşaq şöbəsinin müdiri: Bunlarla uşaqları qidalandıqmağı məsləhət görməzdim. Bilmirik onlar hansı şəraitdə yetişdirilir, hansı gübrələr verilir.Böyüklər onun öhdəsindən gəlir, ancaq körpə uşaqlara məsləhət görülmür. Gigiyena qaydalarına əməl etmək lazımdır. Yuyulmuş təmiz halda meyvələri qəbul etmək lazımdır.

Bu günədək novbarlıq məhsullardan zəhərlənmə diqanozu ilə xəstəxanaya müraciət edilməyib. Məhsulların qiymətinin enməsi və bazarda bolluğu qarşıdakı günlərdə müşahidə ediləcək.

 

Elnur Vahidoğlu