• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1001
— 13.05.2019 16:30

Şəmkirdə gənc qız bıçaqlandı

KepezTV Player

Şəmkirdə bıçaqlanma hadisəsi olub. Olay rayon mərkəzindəki marketlərin birində qeydə alınıb. Döş qəfəsindən bıçaq yarası alan 24 yaşlı rayon sakini Suheyla İbrahimli dərhal xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir. Hadisəni törədən 24 yaşlı Rövşən Abbasov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.