• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2499
— 13.05.2019 16:20

Gəncədə "Siz tolerantlıq ərazisinə daxil olursuz" mövzusunda sərgi keçirilib

KepezTV Player

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyini təşəbbüsü ilə Gəncədə İmagine Avro Tolerantlıq festivalı 2019-a sart verilib. Layihə çərçivəsində sərgi və film nümayiş etdirilib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyini təşəbbüsü ilə Gəncədə "Siz tolerantlıq ərazisinə daxil olursuz" mövzusunda sərgi keçirilib. Avropa fotoqraflarının və rəssamlarının tolerantlığı özündə əks etdirən əsərləri böyük maraqla qarşılanıb. Avropa İttifaqının Azərbaycanda müvəqqəti işlər vəkili Denis Daniilidis Gəncə şəhərində təşkil olunan bu sərginin Azərbaycanla bağlılığından söz açıb. Avropalı diplomat ərsrlərdir tolerantlığın qorunaraq yaşadıldığı bu ölkədə xalqların sülh şəraitində yaşamasından məmun olduğuna da diqqət çəkib.

Denis Daniilidis - Avropa İttifaqının Azərbaycanda müvəqqəti işlər vəkili: Sərgidə fransız fotoqrafın 3 səpgidə fotoları əsrgilənir ki, bunlar da Avropa siyasətçiləri, mətbuat və Belçika şəhərlərinin görüntüləridir. Gəncədə 2 gün davam edəcək İmage festivalı çərçivəsində burada tamaşaların və filmlərin də nümayiş etdirilməsi nəzərdə tutulur.

İmagine Avro Tolerantlıq festivalı 2019 çərçivəsində Gəncə Dövlət Universitetində Kinorejissor Andrés Lübbertin iştirakı ilə "El Color del Camaleon" filminin nümayişidə olub. Filimdə rejissorun atasının kəşviyyatçı həyatından bəhs olunur. Tələblərin və müəəəlimlərin böyük marağına səbə olan film alqışlarala qarşılanıb.