• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1700
— 13.05.2019 12:07

Yol hərəkəti qaydaları ilə bağlı yeni hal

KepezTV Player

Azərbaycanda yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi ilə əlaqədar yeni hal müəyyən edilir. Bununla bağlı "Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilir. Belə ki, qanunun 12-ci - yol hərəkətinin müvəqqəti məhdudlaşdırılması və qadağan edilməsi maddəsinə əlavə edilən yeni bəndə əsasən, nəqliyyat vasitələrinin hərəkəti tarix və mədəniyyət abidələrinin qorunması üçün təhlükə yaratdıqda yol hərəkəti müvəqqəti məhdudlaşdırıla və ya qadağan edilə bilər. Məsələ Milli Məclisin mayın 17-də keçiriləcək plenar iclasında müzakirə ediləcək.