• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2211
— 13.05.2019 11:44

Şəmkirdə polis narkotacirləri ifşa edib

KepezTV Player

Şəmkirdə narkotiklərin kultivasiyası və alqı-satqısı ilə məşğul olan üç nəfər tutulub. Polis həmin şəxslərin üzərindən və yaşadıqları ünvandan xeyli miqdarda narkotik vasitə aşkar edib.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat-axtarış tədbiləri ilə narkotik vasitələrin kultivasiyası ilə məşğul olan  rayon sakini, əvvəllər məhkumluq həyatı yaşayan 27 yaşlı Əlxan Hüseynovu saxlayıblar. Şöbədə dindirmə zamanı Hüseynov həmyerlisi, keçmiş məhkum 44 yaşlı Vüqar Mədətovla birlikdə narkotik vasitələrin əkib-becərilməsi ilə məşğul olduqlarını etiraf edib. “İsti izlərlə” keçirilən əməliyyat nəticəsində Mədətov da saxlanılıb. Üzərinə baxış keçirilən zaman xalis çəkisi 0,319 qram olan heroin aşkar edilərək götürülüb. Vüqar Mədətov istintaqa ifadəsində narkotiki tanışı 32 yaşlı Elvin Əliyevdən aldığını bildirib.

Vüqar Mədətov - saxlanılan şəxs: Birinci dəfə pulla almamışdım. Elə-belə verdi. İkinci dəfə də pul götürmürdü. Ona siqaret alacaqdım. Tələsdim 20 manat verdim ki, özün alarsan. Bir dənə aldım, yarısını vurub yarısını saxladım. Az-az vururdum, tutuldum.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Mədətova heroini satmaqda şübhəli bilinən Elvin Əliyev tutulub. RPŞ-də onun üzərinə baxış keçirilərkən ümumi çəkisi 2,48 qram heroin aşkarlanıb. Yaşadığı ünvandandan isə xeyli miqdarda yabanı halda bitən çətənə kolları və qurudulmuş marixuana götürülüb.

Elvin Gözəlov - müstəntiq: Onun yaşadığı Şəmkir şəhərindəki evinə baxış zamanı oradan 153 ədəd yabanı halda bitən çətənə kolları, həmçinin həmin kollardan qurudub saxladığı 2,5 kiloqram miqdarında qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Saxlanılan Elvin Əliyev heroini çay kənarında tapıdığını, evindən aşkarlanan marixuananı isə yabanı halda bitən çətənə kollarından yığıb topladığını və şəxsi istifadəsi üçün saxladığını deyib.

Elvin Əliyev - saxlanılan şəxs: Heroini tapmışdım. Sonra istifadə etdim. Tanıdığm bir iki nəfərə göstərdim və istifadə etməyə verdim. Sonra tutuldum.  Evdə, məhlədə yabanı nəşə çıxmışdı. Elə bilirdm nəşədir. Yığıb saxlamışdım ki, istifadə edim. Orada qurudu, quruyandan sonra istifadə etdim, gördüm yabanıdır. İstifadə etməyə dəyməz.

Hər üç şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə iş başlanılıb. İstintaq davam etdirilir.

Natiq Hüseyn