• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 13.05.2019 10:02

3000 at güclü dreqli pikapı satışa çıxardılar

402 metri 6 saniyədən az yığa bilən və ictimai yollarda şütüməsinə icazə verilən ilk avtomobil satışa çıxarılıb. 1998-ci ilin Chevrolet S10 modelinin bazasında yığılan dreqster bu göstəricidə hələlik yeganə avtomobil sayılır. Maşın, yarış sürücüsü Larri Larsonun əməyi sayəsində 2014-cü ildə hazırlanıb. Pikap 10 litrlik motorla təchiz olunub. Onun şəhər və dreq-strip üçün iki yanacaq sistemi var. Transmissiya isə 3 diapazonlu avtomatik sürət qutusundan ibarətdir. Mühərrikin at gücü təxminən 3000-dir. 2014-cü ildə Street Car Super Nationals yarışında pikap 402 metri 5,95 saniyəyə qət edib. Finişdə sürət 393,4 km/saata bərabər olub. 2015-ci ildə isə bu məsafəni 5,89 saniyə qət etməklə ictimai yollarda şütüyən ən sürətli avtomobil seçilib. 2017-ci ildə də Rocky Mountain Race Week yarışının qalibi olub.