• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1448
— 11.05.2019 14:38

Yağış fəsadlar yaratdı

KepezTV Player

Respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, ayrı-ayrı rayonlarda leysan xarakteri daşıyıb. Qərb bölgəsində ən çox yağıntı Şəmkirə düşüb - 26 mm. Gəncəyə də yağan yağışlar nəticəsində şəhərin Nizami və Kəpəz rayonlarında bəzi evlərin zirzəmiləri, həyətyanı sahələr, küçələr yağış suları ilə dolub. Nəticədə yollarda çətinlik yaranıb. Xüsusən də su və kanalizasiya xətlərinin dəyişdirildiyi küçələrdə nəqliyyatın hərəkətində çətinliklər müşahidə edilib. Bəzi nəqliyyat vasitələrinə ziyan dəyib.

Bu gecədən başlayaraq Gəncə şəhəri ərazisinə yağan fasiləsiz yağış şəhərin keçə və prospektlərində yolların çökməsinə səbəb olub. Hazırda durduğumuz ərazi Həsən Əliyev keçəsidir və bu yolla hərəkət edən 7 nömrəli avtobus yolun çökməsi nəticəsində qəzalı vəziyyət düşüb.

Fövqəladə Hallar Nazirliyi tərəfindən, yağışın törətdiyi fəsadların aradan qaldırılır. Bu məqsədlə nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub. Evlərə dolan və kanalizasiya xəttlərindən suçəkmə işləri aparılıb.