• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1820
— 11.05.2019 14:33

Goranboyda sel sularına qarşı tədbirlər görülür

KepezTV Player

Rayonunda 48 min hektar əkinəyararlı torpaq sahəsi var ki, bunun da 20 min hektarı təbii çay suları vasitəsilə, 28 min hektarı isə subartezian və nasos stansiyaları vasitəsilə suvarılır. Yazın gəlişi ilə suvarma suyuna olan tələbat artdığından suvarma sistemləri idarəsi su kanallarının ötürücülük qabiliyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirir. Arx və kanallar texnikaların köməyi ilə təmizlənir, sel sularına qarşı da tədbirlər görülür.

Şəhruz Muradov Goranboy Suvarma Sistemləri İdarəsinin baş mühəndisi:Bu il suvarmanı mütəşəkkil təşkil olunması, kənd təsərrüfatı bitgilərini normal su ilə təmin etmək üçün çay məcralarında nizamlama işləri görülmüş, suvarma lsularını itkisiz sahələrə çatdırmaq üçün 68 kilometr arxlar lildən və kol-kosdan təmizlənmişdi.

Qabaqlayıcı tədbirlərə baxmayaraq çaylarda sululuğun az olması və qış mövsümü ərzində yağıntının az düşməsi meloratorları düşündürür.

Şəhruz Muradov Goranboy Suvarma Sistemləri İdarəsinin baş mühəndisi: Biz planlaşdırmışdıq ki bu ilin 3 ayı ərzində sahələrə 11 milyon kub metr su verək. Lakin çaylarda suyun qıt olması səbəbindən 3 ayda sahələrə 8 milyon kub metr təsərrüfatlara su vermişik.

Problemin həllini isə meloratorlar Şəmkir Su Maşın kanalının tam istifadəyə verilməsində görürlər. Kanalın 2-ci hissəsinin tamamlanması  Goranboyda əlavə 19 min hektar ərazinin suvarılmasını mümkün edəcək.