• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 11.05.2019 14:23

Yeni körpü əhalinin işini asanlaşdıracaq

KepezTV Player

Samuxda yol təsərrüfatının yenidən qurulması istiqamətində işlər davam etdirilir. Əhalinin rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək üçün yeni yol və körpü keçidi istifadəyə verilib.

Prezident İlham Əliyevin sərəncamı ilə yenidən qurulmasına başlanılan Yenikənd-Köbər-Qaraağaclı avtomobil yolu yenidən qurularaq istifadəyə verilib. Ümumi uzunluğu 12,7 kilometr olan yol 2 zolaqlıdır. Yolun üzərində 41 yol nişanı, 144 su ötürücü qurğu qoyulub. Həmçinin aşırımı 18 metr, eni 9 uzunluğu isə 24 metr olan dəmir beton konstruksiyalı yeni körpü keçidi də salınıb.

Zakir Quliyev 30 nömrəli Yol İstismarı MMC-nin direktoru: Yol tam istismara hazırdır. Uzun müddətdir bu öz həllini tapmayan məsələlər idi. Bu kəndlrədən birbaşa Samux şəhərinə və Gəncə şəhərinə rahat gediş-gəliş üçün şərait yaradılıb. Istər kənd təsərrüfatı məhsullarının bazara vaxtında çatdırılması, istərsə də digər işlərin görülməsi təmin olunacaq.

Yeni yolun açılış mərasimində iştirak edən Azərbaycan Avtomobil Yolları Açıq Səhmdar Cəmiyyətinin rəsmləri və rayon rəhbərliyi sakinlərlə görüşüb. Yolun tikintisinin sözügedən ərazidə iqtisadiyyatın inkişafı, məşğulluğun təmin edilməsi, ən əsası da məhsul bolluğu üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Muraz Alışov sakin: Vətəndaş olaraq həmişə gəlirimizi pensiyadan maaşdan gözləyirik. Amma bu bizim görünməyən gəlirimizdir. Biz bayaq bu yolu Gəncəyə gedirdik çatmamış 5-10 litr benzin gedirdi. İndi buradan biz körpünü keçməyə yarım litr benzin gedir. Bu bizim büdcəmizə xeyrdir.

Cəlal Quliyev sakin: Yolumuz çox çətin idi düzəldi. Qazımız yox idi çəkildi. Şükürlər olsun ki bu gün körpümüzdə düzəlib. Artıq biz hər şeylə təmin olunmuşuq.

Hazırda rayonun Gürcüstanla həmsərhəd ərazidə yerləşən Poylu kəndini rayon mərkəzi ilə birləşdirən youn çəkilişi istiqamətində iş aparılır.

Natiq Hüseyn