• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1029
— 11.05.2019 14:18

Şəmkirdə yeni futbol meydançası istifadəyə verilib

KepezTV Player

Şəmkir Bələdiyyəsi tərəfindən rayon Olimpiya İdman Kompleksinin ərazisində yeni futbol meydançası inşa edərək yeniyetmə və gənclərin istifadəsinə verilib. Açılış mərasimində son 2 ildə Şəmkirin Kür və Zəyəm qəsəbələrində, eləcə də Qədimqala kəndində günün idman meydançalarının  inşa edildiyi diqqətə çatdırılıb. Idmanın kütləviliyinə nail olmaq üçün müxtəlif yaşayış məntəqələrində bu istiqamətdə işlər davam etdirilir. Məqsəd yeniyetmə və gənclərin zərərli vərdişlərdən uzaq olması və sağlam ruhda böyüməsini təmin etməkdir. Şəmkir idmançılarının qazandığı uğurlara da nəzər salınaraq taekvando və güləş üzrə rayon yığmasının eləcə də yeniyetmələrdən ibarət futbol komandasının respublika yarışlarında qənaətbəxş nəticə əldə etdikləri vurğulanıb. Rəsmi hissədən sonra rayonun Uşaq Gənclər İdman Məktəbləri tərəfindən yeniyetmələr arasında futbol üzrə birinciliyi keçirilib.

Emin İsmayılov Şəmkir Rayon Gənclər və İdman İdarəsinin rəisi: İdman meydançasının istifadəyə verilməsi yeniyetmə və gənclərin asudə vaxtının səmərəli təşkil olunması həmçinin idmanın inkişafı istiqamətində atılmış mühüm addımlardan biridir. Onuda qeyd edim ki son dövrlər Şəmkir rayonunda daxili imkanlar hesabına bələdiyyələrin dəstəyi ilə inşa eidlən artıq 4-cü idman meydançasıdır. Bundan sonra kədnlrədə və qəsəbələrdə idmanın inkişafı istiqamətində nəzərdə tutulan işlərin icrası davam etdiriləcək.

Natiq Hüseyn