• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2231
— 10.05.2019 17:44

Mətbuatın dostu Heydər Əliyev

KepezTV Player

Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsi milli lider Heydər Əliyevin adı ilə bağlıdır. İstər sovet, istərsə də, müstəqillik dövrlərində prezident seçildikdən sonra da ulu öndər mətbuatın inkişafına xüsusi diqqət yetirirdi. Televiziya verilişlərinin azərbaycan dilində yayımına, ana dilində işıq üzü görən qəzetlərin sayının artmasına təşəbbüs göstərirdi. 1993-cü ildə Heydər Əliyev prezident seçildikdən sonra mətbuatın inkişafında yeni bir dövr başladı. Qanunvericilik bazası təkmilləşdi, yeni fərman və sərəncamlar imzalandı. Ölkənin ictimai-siyası mənzərəsini əks etdirən yeni mətbu orqanlar işıq üzü görməyə başladı. Ən əsası isə senzura ləğv edildi. Bu idi ulu öndərin azad sözə, azad fikrə verdiyi qiymət. O, mətbuatı müstəqil və şəffaf görmək istəyirdi. Elə jurnalistlərdən də maraqlı və çətin suallar gözləyirdi.

Ulu öndərin mətbuatı mütəmadi izləməsi jurnalistlərlə sıx əlaqələr qurmasına, onları yaxından tanımasına şərait yaradırdı. Həm ölkə daxilində, həm də xarici səfərlər zamanı onu müşaiyət edən mətbuat nümayəndələrinə tez-tez müsahibələr verir, fikirlərini bölüşür, onların fəaliyyəti ilə maraqlanırdı.

Məhz, bu xüsusiyyətləri əvəzolunmaz şəxsiyyəti ölkə jurnalistlərinin sevimlisinə, dostuna çevirmişdi. Heydər Əliyevin "Mətbuatın dostu” mükafatına layiq görülməsi də bu baxımdan təsadüfi deyildi. Bu gün 96 illik yubileyi qeyd olunan milli lider Heydər Əliyevi bütün media mənsubları ehtiramla yad edir. Heydər Əliyevlə bağlı xatirələri onlarda təəbəssüm yaradır.