Bu günə xəbərlərin oxunma sayı: 728
— 10.05.2019 19:27

Kikboksinqçilərin Bakı zəfəri

KepezTV Player

Gəncə Olimpiya İdman Klubunun kikboksinq bölməsinin üzvləri Azərbaycan birinciliyində uğurla iştirak ediblər. Bu dəfə klubun azyaşlı idmançıları Nizami yurdu adına medallar qazanıblar.

Məşqçi Talıb Bayramovun yetirmələri ölkə birinciliyinin nəticələrinə əsasən yarışın müxtəlif əyarlı 5 medalına yiyələniblər. Klubun kikboksinqçilər irespublikamızın 89 şəhər və rayonundan olan komandaların təmsilçiləri arasında bu cür nailiyyətə imza atıblar.   

İdmançılardan 3-ü bütün döyüşlərini qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Taleh Bayramov, Elşən Əliyev və Kənan İsmayılov yarışda qarşısısı alınmaz olub.

Məşqçinin sözlərinə görə yetirmələrinin Azərbaycan birinciliyində uğurla mübarizə aparmasında onların bu yarışdan öncə Rusiyada beynəlxalq turnirdə  iştirak etmələri də rol oynayıb.

Gəncə Olimpiya İdman Klubunun digər iki döyüşçüsü Fərid Bəylərovla Vilayət Həsənov isə birinciliyin bürünc medalına sahib çıxıb.

Azad Rəfi