• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 10.05.2019 17:32

Bölgələrdə də Ulu Öndərin xatirəsi anılıb

KepezTV Player

Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı ağacəkmə aksiyaları baş tutub.

Şəmkirdə ulu öndərin abidəsi önündə izdiham müşahidə olunub. Minlərlə rayon sakini Heydər Əliyevə hörmət və ehtiramlarını xatirəsini anmaqla və heykəli önünə tər çiçəklər düzməklə ifadə edib. Rayonun sovet dönəmində və müstəqillik illərində sosial, iqtisadi və mədəni həyatındakı yeniliklərin bu dahi şəxsiyyətin adı ilə bağlı olduğu vurğulanıb. 5 dəfə Şəmkirə səfər edən xalqın liderin görüşləri, sakinlərlə söhbətləri xatırlanıb, açılışını etdiyi sosial-strateji obyektlərin rayon iqtisadiyyatındakı rolundan danışılıb.  

Göygöl ictimaiyyəti də anadan olmasının 96-cı ildönümü qeyd edilən ümummili liderin xatirəsini ehtiramla anıblar. Ulu öndərin abidəsi ziyarət olunub, Heydər Əliyevin rayonda yeni istehsal və emal müəssisələrinin yaradılmasındakı rolu vurğulanıb. Onun rəhbərliyi dövründə rayonda müşahidə edilən sosial rifah və tərəqqinin bu gün də müşahidə olunduğu dilə gətirilib. İcra edilən layihələrin rayonun inkişafı baxımından əhəmiyyətinə toxunulub, Heydər Əliev siyasətinə sadiqlik nümayiş etdirilib.

Samuxda isə dahi şəxsiyyətin xatirəsi yaşıllaşdırma aksiyaları ilə anılıb. Gəncə-Çobanabdallı yolunun kənarına yerli iqlim şəraitinə uyğun gələn 3 minə qədər həmişə yaşıl şam ağacları əkilib, parklarda yeni gül kolları basdırılıb. Heydər Əliyev parkında dahi şəxsiyyətin abidəsi ziyarət edilib, məktəblilərin əl işlərinə, rəsm nümunələrinə baxış keçirilib. Yeni  Azərbyacn Partiyasının rayon təşkilatında reallaşan tədbirdə Samuxda kənd təsərrüfatının inkişafında ulu öndərin müstəsna xidmətlərindən danışılıb.  Rayonda reallaşan layihələr barədə məlumat verilib. Ümummilli liderin anadan olmasının 96-cı ildönümü münasibəti ilə keçirilən inşa yazı müsabiqəsinin və idman yarışlarının qalibləri mükafatlandırılıb, konsert prorqamı təşkil olunub.

 

Natiq Hüseyn