• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1967
— 10.05.2019 16:26

Gəncədə yeni məktəb binası istifadəyə verilib

KepezTV Player

Gəncədə əsaslı təmirdən sonra 7 nömrəli tam orta məktəbin istifadəyə verilməsi də ümumilli liderin doğum günündə reallaşıb. Yarım əsrlik yaşı olan bina ilk dəfədir ki, müasir standartlar səviyyəsində yenidən qurulub. Məktəbdə 1176 şagirdin təhsil alması üçün hər cür şərait yaradılıb. Şagirdlərin təlim-tərbiyəsi ilə 101 nəfərlik pedaqoji heyyət məşğul olur. Məktəbdə yaradılan kompüter otağı, kitabxana, fizika və kimya laboratoriyaları, idman zalı, həkim otağı və digər kabinetlər tədrisin keyfiyyətini daha da artırmağa imkan verəcək. Məktəbin maddi texniki bazası möhkəmləndirilib, ən zərurui texniki avadanlıq və əyani dərs vəsaitləri ilə təchiz olunub. Ötən il məktəbi bitirən 58 məzundan 44 nəfəri tələbə adını qazanıb.