• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2372
— 10.05.2019 11:54

Heydər Əliyevin xatirəsinə agac əkildi

KepezTV Player

Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Gəncədə də ağacəkmə aksiyası ilə reallaşıb. Yüzlərlə şəhər sakinin, idarə, müəsisə və təşkilatların, eləcə də şəhər rəhbərliyinin qatıldığı yaşıllaşdırma aksiyası Gəncə-Bakı avtomobil yolunun kənarında baş tutub. Magistralın hər iki kənarına müxtəlif növdən olan 1000-ə yaxın dekorativ ağaclar əkilib. Bununla yanaşı ərazi alaq otlarından təmizlənib, daha öncə əkilən ağaclara aqrotexniki qulluq göstərilib. Əkilən tinglərin suvarılması üçün su xətti çəkilib. Aksiya həftə sonuna kimi davam etdiriləcək.