• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 10.05.2019 11:58

"Kriminal avtoritet" qətlə yetirildi

KepezTV Player

Bakıda Binəqədi rayonunda "kriminal avtoritet" qətlə yetirilib. Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olan, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 24 yaşlı Həsən Tağıyev Masallı rayonunda anadan olan Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 31 yaşlı Emin Səfərovu aralarında yaranmış mübahisə nəticəsində avtomobilində öldürüb. Belə ki, Tağıyev Emin Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Eminin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib. Məlumata görə, 61 yaşlı Əli Yusifov dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Həsən Tağıyev şübhəli şəxs qismində saxlanılıb. Qətlə yetirilən Emil Səfərov kriminal aləmdə "Emil-444" ləqəbi ilə tanınırmış.