• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1127
— 10.05.2019 10:03

Renault şirkəti yeni elektrikli furqonunu göstərdi

Renault şirkəti Kangoo Z.E. adlı konsept-karını göstərib. Onun görünüşü ilə növbəti modelin necə olacağını təsəvvür etmək olar. Bu maşının konveyerə 2020-ci ildə çıxacağı bildirilir. Kangoo prototipinin dizaynı fransız markanın yeni stilində hazırlanıb. Avtomobil fərqli fara və fənərlər, işıqlı zolaq saçan işıq diodları və yeni Renault loqotipi qazanıb. Elektrokarın texniki göstəriciləri barədə məlumat yoxdur. Məlum olan odur ki, Kangoo Z.E. furqonunun hazırkı versiyası 60 at güclü elektromotor və 33 kilovatt-saat həcmli batareya dəsti hərəkətə gəlir. Onun gediş ehtiyatı təxminən 270 kilometrdir.