• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 09.05.2019 22:03

Gəncədə yük maşını aşıb

KepezTV Player

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Şəhərin Nəriman Nərimanov prospketi ilə hərəkətdə olan yük maşını idarəetmədən çıxaraq xəndəyə düşüb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir. Qəzadan sonra yük maşınını xəndəkdən çıxarmaq üçün əraziyə xüsusi texnikalar cəlb edilib. Bir neçə saatdan sonra avtomobil xəndəkdən çıxarılıb. Qəzanın baş vermə səbəbləri araşdırılır. Qeyd edək ki,  sözügüdən prospektdə xeyli müddətdir yeni su və kanalizasiya xəttinin çəkilişi aparılır.

Natiq Hüseyn