KepezTV Player
Sabah Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. Azərbaycan millisi yarışa geniş tərkibli heyətlə qatılacaq. Ölkəmiz turnirdə 28 kişi və 15 qadın tatami ustası ilə təmsil olunacaq. Yığmanın tərkibində bu yarışda 2 gəncəli cüdoçu da iştirak edəcək. Nizami yurdunun təmsilçilərindən 66 kq-da İlkin Babazadə və 100 kq+də Ayxan Cəfərov tatami üzərinə çıxacaq. Onların hər ikisi ilk dəfə belə səviyyəli turnirdə tatami üzərinə çıxacaq. Qeyd edək ki, “Böyük Dəbilqə” turniri Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xalları verir. Yarışda 5 qitənin 57 ölkəsindən 449 cüdoçu mübarizə aparacaq.
Orxan Cəfərzadə
- Baxış: 633