• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1999
— 09.05.2019 16:21

Cahan müharibəsində qazanılan qələbə bölgələrdə də bayram edilib

KepezTV Player

Qələbə günü Şəmkirdə Böyük Vətən Müharibəsində həlak olanların xatirə abidəsini ziyarətlə başlayıb. 6 mindən çox Şəmkirlinin vətənin müdafiəsinə qalxdığı müharibədə göstərdikləri qəhrəmanlıq, onların orden və medallarla mükafatlandıırlması fəxrlə dilə gətirilib. 74 il əvvəl şücaət göstərənlərdən bu gün rayonda 7 nəfər yaşayır. Son illərdə veteranlardan 25-i avtomobil və torpaq sahələri ilə təmin edilib. Qarabağda da qələbə sevincinin arzulandığı tədbirdə rayonun mədəniyyət işçiləri və məktəblilərin hazırladıqları kompozisyalar maraqla qarşılanıb. N saylı hərbi hissəsinin əsgərlərinin də iştirakı ilı bayram süfrəsi açılıb.

Göygöl ictimaiyyətinin nümayəndələri də 9 may münasibətilə 1941-45-ci illər müharibəsində həlak olanların xatirəsini anıb, abidə kompleksi ziyarət edilib. Faşizmə qarşı mübarizəyə yollanan 5 min rayon sakininin yarıdan çoxu qəhrəmançasına həlak olub. Hazırda rayonda yaşayan 2 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunub. Onların sağlamlığının qorunması, məişət qayğıları diqqətdə saxlanılır. Qələbə günü rayonun mədəniyyət işçilərinin konsert proqramı ilə davam edib.

Qələbə günü Samux rayonunda da bayram edilib. Müharibə veteranlarının xatirəsi anılıb, müharibədə iştirak edən 3 mindən çox rayon sakinindən hazırda 4-nün canlı əfsanə olaraq həyatda qaldığı diqqətə çatdırılıb. Samuxdan olan böyük vətən müharibəsi veteranları da ev və avtomobillə təmin edilib. Hər il olduğu kimi bu ildə qələbədə pay sahibi olanlar bayram sovqatı ilə vevindirilib. Tədbirdə milli orduya güvən və torpaqlarımızın işğaldan azad ediləcəyinə inam ifadə olunub. Tədbir yerli musiqi kollektivlərinin və məktəblilərin çıxışlar ilə davam edib.