Xəzər dənizində "İsrafil Hüseynov" borudüzən gəmisində baş verən yanğın nəticəsində 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilənlərdən 1 nəfərin - gəminin mətbəxində işləyən şəxsin xəsarətləri yüngül olduğu üçün evə buraxılıb. Qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.Səhiyyə Nazirliyinin məlumatına görə,3 nəfərin vəziyyəti daha kritikdir. Onların bədəninin 40 faizi və nəfəs boruları yanıb. Hər 3-ü xarici ölkə vətəndaşıdır.
- Baxış: 645