• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1729
— 09.05.2019 13:23

Qələbədən 74 il ötür...

KepezTV Player

Azərbaycan Böyük Vətən Müharibəsinin əsas ağırlığını öz üzərinə götürən ölkələrdən olub. Ərazisində müharibə getməsə də, bu ölkənin vətəndaşları istər ön, istərsə də arxa cəbhədə böyük şücaətlər göstərərək, qələbəyə əvəzolunmaz töhfələr veriblər. Müharibə azərbaycanlılardan ibarət 77, 223, 396, 402 və 416-cı milli diviziyaların yaradılmasına əsas verib və diviziyalar Odessa, Stalinqrad kimi şəhərlərin müdafiəsində fəal iştirak ediblər. Onlardan 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük və şərəfli döyüş yolu keçərək, kapituliyasiyada xüsusi rol oynayıb.

Amansız müharibə təkcə ön cəbhədə döyüşənlərdən deyil, elə arxa cəbhədə qalanlardan da böyük zəhmət tələb eləyirdi. Azərbaycan neftçiləri Böyük Vətən Müharibəsində əvəzsiz xidmət göstərdilər. Cəbhəni, tanklar və təyyarələrini yanacaqla təmin etmək o dövr müharibənin taleyinin həl olunmasında həlledici məqamlardan hesab olunur. Heç təsadüfi deyil ki, müharibə illərində 100-dən çox Azərbaycan vətəndaşı SSRİ-nin ən ali mükafatına, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər şərəf ordeni, 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub.

Böyük Vətən Müharibəsinin vurduğu yaralar hələ də yaddaşlardan silinməyib. Azərbaycanın cəsur oğulları bu ağır illərdə mərdliklə vuruşub, qəhrəmanlıq zirvəsinə qədər yüksəlib. Onların şanlı, şərəfli yolunu davam etdirən yetişən nəsildə torpaqlarımızı mütləq müasir dövrün faşistləri erməni qəsbkarlarından azad edəcək. Vətən üçün döyüşən, qanından canından keçən insanlara böyük ehtiramla...