• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 09.05.2019 13:18

Əsgər və zabitlərin adları Qələbə abidəsinə həkk olundu

KepezTV Player

Böyük Vətən müharibəsində qazanılan qələbənin 74-cü ildönümü Şimali Osetiya-Alaniya Respublikasında da qeyd olunub. 1942-43-cü illərdə Şimalı Qafqaz uğrunda gedən qızğın döyüşlərdə 300-dən artıq azərbaycanlı əsgər və zabit vəfat edib. Bu məqsədlə Rusiyada fəaliyyət göstərən diaspora təşkilalatlarının nümayəndələri Vladiqafqaz şəhəri yaxınlığında Rassvet kəndində Azərbaycan əsgərlərinin şərəfinə ucaldılan abidə kompleksini  ziyarət edib, önünə əkil qoyublar. Keçirilən tədbirdə alman faşistlərinə qarşı mübarizə aparan azərbaycanlıların qəhrəmanlığından söz açılıb. Görüşdə Rusiyanın arxiv sənədləri araşdırılaraq burada vəfat edən azərbaycanlı hərbiçilərin adlarının abidəyə həkk olunduğu da diqqətə çatdırılıb. 1996-ci ildə  Şimali Osetiya-Alaniya Respublikasında fəaliyyət göstərən diasporanın təşəbbüsü ilə tikilən abidə kompleksi hər il burada yaşayan soydaşlarımız tərəfindən ziyarət olunur.

Şahin Məmmədov Şimali Osetiya-Alaniya Respublikasında Ümumrusiya Azərbaycanlıları Konqresinin fəxri prezidenti: “Vladikqazfqaz şəhərində Böyük vətən müharibəsi zamanı 3 diviziya yerləşdirilib. Həmin bu divizyalar almanlara qarşı vuruşublar burada. Döyüşlərdə biz azərbaycanılardan çox itgi olumuşdur. Diasporamız burada 1941-45 illərdə gedən döyüşlərdə vəfat edən soydaşlarımızı araşdırırq və onların adlarının ədəbiləşdirilməsi üçün həmin o abidə kompleksində büstün üzərinə yazırıq.