• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1404
— 09.05.2019 13:10

Gəncədə bayram coşqusu

KepezTV Player

Gəncədə faşizm üzərində qələbənin 74-ci ildönümü ənənəvi olaraq ilk sovet ittifaqı qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi önündə, şəhərin Xan bağında bayram edilib. Şəhər rəhbərliyi tərəfindən qəhrəmanın abidəsi önünə əklil qoyulub. Gəncə Dövlət Dram Teatrının kollektivi Mir Cəlal Paşayevin “Ərik ağacı” əsərinin motivləri əsasında hazırlanan səhnəciklə o illəri bir daha göz önündə canlandırıblar. Tədbir çay süfrəsi arxasında davam etdirilib. Şəhər rəhbərliyi tərəfindən veteranların istək və təklifləri dinlənilib.

Tofiq Hüseynov müharibə veteranı:Bizim hərbi hissədə çoxmillətli idi. O cümlədən coxlu Azərbaycanlılar var idi. Həqiqətəndə Azərbaycan övladları cəsur və cəsarətli hərbiçilər idi. Onlardan biridə bizim İsrafil Məmmədov idi. Biz müharibəni ona görə udduq ki, ümumi birlik,qardaşlıq var idi.