• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2002
— 08.05.2019 18:03

Şimali Osetiya məscidi Azərbaycanın dəstəyi ilə yeniləndi

KepezTV Player

Şimalı Qafqazın ən böyük məscidlərindən biri olan Şimalı Osetiyanın Elxotto məscidi uzun fasilədən sonra əsaslı təmir olunub. 2-ci dünya müharibəsi zamanı almanların Şimalı Qafqaza hücümü nəticəsində bombalanan məscid yarasız hala düşmüşdür. Azərbaycan hökümətinin də maliyyə dəstəyi ilə təmir olunan ibadət evinin açılışında Şimali Osetiyanın, İnquşetiyanın, Kabardin Balkarın prezidentləri, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri, Şimali Qafqaz müftiləri, tanınmış elm və din xadimləri və Azərbaycan diasporasının nümayəndləri iştirak edib. 120 il tarixi olan məscidin bərpası Azərbaycan-Şimali Osetiya xalqları arasında dostluq münasibətlərinin bariz nümunəsi olaraq dəyərləndirilib. Azərbaycan tərəfinin bu yöndə fəaliyyətini minnətdarlıqla qarşılanıb. Diaspor təşkilatının nümayəndələrinin mövcud münasibətlərin dərinləşməsinə verdiyi töhfə önə çəkilib. Mərasim məscidə namaz qılınması və milli geyimdə olan Osetin uşaqlarının nümunəvi çıxışları ilə yekunlaşıb.

Fazil Qurbanov - Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri: “Şimalı Osetiyada 12 mindən artıq azərbaycanlı ailəsi yaşayışır və burada fəaliyyət göstərir. Rusiyanın diasporası olaraq bu məscidin açılışında iştiak elədik. Mən çox şad oldum ki, biz məscidin tikintisində iştirak etmişik.”