Son zamanlar həm rəngli, həm də optik linzaların müxtəlif çeşidləri gözlərin rəngini dəyişmək, onlara parıltı, müxtəlif çalar verməklə yanaşı, eynəkləri də əvəz edir ki, bu da ona olan tələbatı daha da artırır. Linzasevərlər çox vaxt bu həvəsi istədiyi göz rənginə sahib ola bilməklə izah edirlər. Adıçəkilən bu əşya insanların göz rəngini dəyişdirdiyi kimi, eyni zamanda onun formasını da dəyişə bilir. Linza barədə geniş araşdırmamız var. Baxaq.
Görmə qabiliyyəti zəifləyən insanlara həkimlər optik eynəkdən istifadə etməyi məsləhət görür. Amma eynək taxmağı heç də hamı xoşlamır. Xüsusən gənclər üçün bəzən bu əməlli-başlı psixoloji kompleksə çevrilir. Çarə isə var. Nələrdir? Sıradakı materialı izləməklə bunu biləcik.
Müasir dövrdə eynəkləri optik linzalarla əvəzləmək mümkündür və çoxları da elə belə də edir. Amma linzalar yalnız optik olmur. Bəziləri gözlərinin rəngini dəyişmək üçün, daha cazibədar görünmək üçün də linza taxır. Bəs bu linzaların gözümüzə təsiri barədə nə bilirik? Görəsən, eynək taxmaq yaxşıdır, yoxsa linza və niyə?
Sosial şəbəkələrdə, mağazalarda qiyməti 15 manatdan başlayan rəngli linzalardan çoxları istifadə edir. Mütəxəssislər isə, linzasevərləri son dərəcə ehtiyyatlı olmağa çağırır. Görəsən, sakinlər linzaların zərəri barədə nə bilir?
Fərqli görünməyi sevən xanımlar çox zaman göz rəngini dəyişmək üçün estetik linzalara üstünlük verirlər. Bəs görəsən, gözəllik üçün, gözün rəngini dəyişmək üçün linza taxılmasına münasibət necədir?
Araşdırmalara görə dünyada hər gün 3 nəfər linzadan düzgün istifadə etmədiyi üçün görmə qabiliyyətini itirir. Əlbəttəki, bu daha çox keyfiyyətsiz, saxta linzalardan istifadə nəticəsində baş verir. Gözlərimiz bizim ən vacib hissiyyat orqanlarımızdandır. Ona görə də linza və ya eynək seçimi zamanı son dərəcə ehtiyatlı olmaq lazımdır ki, işıqlı dünya gözümüzdə qaralmasın.
Fidan Muradlı
- Baxış: 373