• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1322
— 07.05.2019 18:02

Pilot siniflərdə nəticə yüksəkdir

KepezTV Player

Təhsil Nazirinin əmri ilə bu tədris ilində Respublikanın 16 şəhərinin orta məktəblərində olimpiadalara hazırlıq məqsədilə yaradılan 32 xüsusi sinifin 2-si Gəncədə formalaşdırılıb. Pilot layihə olan siniflərdə şagirdlərinin göstərdikləri nəticələr də yüksək olub. Göstərici yeni tədris ilində siniflərin sayının artırılması üşün əsas yaradıb. 

Gəncədə xüsusi istedadlıların olimpiadalara hazırlıq sinfi 22 nömrəli məktəbdə yaradılab. Burada şəhərin müxtəlif məktəblərində fənn olimpiadaları üzrə yüksək nəticə göstərən  şagirdlər təhsil alır. 7-ci sinif Riyaziyyat-infarmatika, 8-ci sinif isə təbiət elmləri təmayüllüdür. Hər 2 sinif üzrə  sınaq imtahanları və aparılan manitorinqlərin nəticəsi şagirdlərin yüksək nəticələr əldə etdiyini düməyə əsas verir.

Abdulla Kərimov - 22 nömrəli orta məktəbin direktoru: Təhsil Nazirliyi iki dəfə manitorinq keçirib. Manitorinqin nəticələri qənaət bəxşdir. Eyni zamanda şəhər Təhsil İdarəsi də bu siniflərdə Azərbaycan dili və Riyaziyyat fəndindən manitorinq keçirib.Bu siniflərdə keçilən nəticələr yaxşıdır. Bu ildə yaradılıbdır ki, siniflərdən yaradılsın.Təhsil idarəsi tərəfindən fənn müsabiqəsinə seçim mərhələsi aparılır. Şagirdlərin adları yazılıb verilib. Qaliblər siniflərdə cəmləşəcəkdir.

Xüsusi istedadlı oxuyanlara Təhsil Nazirliyi tərəfindən hazırlanan xüsusi proqram əsasında dərs keçilir. Tədrisi diaqnostik qiymətləndirmədə yükəsk nəticə göstərən 14 pedaqoq aparır.

Rəşad Qədirov - müəllim: Bunların dərs proqramı çox çətindi. Bunlara 8-9 siniflərdən də müəyyən materiallar keçilir. Təbi ki, burada şagirdlərə çətiliklər olur və bizdə əlimizdən gələn köməklikləri edirik. Ümumiyyətlə proqram çətin olduğu üçün şagirdlər daha çox əziyyət çəkir. Ümid edirəm ki, gələcəkdə öz nəticələrini görəcəklər.

Mədinə Əliyeva - şagird: İndiyə kimi keçirilən bir çox sınaqlarda yüksək nəticə göstərmişəm. Gələcəkdə məqsədim həkim olmaq və olimpiadalarda iştirak etməkdi”.

Nurlan Məmmədov - şagird: Təhsil Nazirliyinin iki manitorinqdə keçirdi. Bu manitorinqlərin birində infarmatika üzrə 100 faiz, ikincisində isə sinif üzrə birinci yer tutmuşam.

Dərya Namazova - şagird: Biz manitorinqlərdə sinif olaraq yüksək nəticə göstərdik. Bizim məqsədimiz dövlətimizi xaricdə dünya olimpiadaların da təmsil edərək qızıl medalın sahibi olmaq bayrağımızı ucalara qaldırmaqdı.

Yeni yardılan bu siniflərdə istedadı ilə seçilən şagirdlərin biliyi daha da təkimləşdirilərək beynəlxalq olimpiadalara hazırlanır.

 

Elnur Vahidoğlu