• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1264
— 08.05.2019 16:02

"Mənzildə qiymətli əşyaları səliqə ilə axtarırdım"

KepezTV Player

Xətai rayonu ərazisində mənzillərdən silsilə oğurluqlar edən şəxs saxlanılıb. Saxlanılan, əvvəllər məhkum olunan paytaxt sakini Emin Cabbarov Xətaidə 4, Yasamal rayonunda isə 1 mənzildən oğurluq etdiyini etiraf edib. O, əsasən günorta saatlarında ev sahiblərinin işdə olduğu saatlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb. Saxlanılan şəxs ifadəsində qeyd edib ki, oğurluqlar zamanı ev sahiblərini şübhələndirməmək üçün məzildə qiymətli əşyalar axtararkən ətrafı dağıtmayıb və hadisə yerlərindən uzaqlaşırmış. Oğurluqlar etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdikləri də istisna olunmur.