• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1651
— 08.05.2019 16:18

Şəhid döyüş yoldaşları tərəfindən unudulmadı

KepezTV Player

Şuşanın işğalı günündə şəhərin müdafiəsinə qalxan və uğrunda qəhrəmancasına şəhid olan yad edilib. 1992-ci ildə gedən amansız döyüşlərdə vətənini canı bahasına erməni faşistlərinə qarşı qoruyan, sinəsini düşmən gülləsinə sipər edərək şəhid olan Mübariz Həsənov doğulduğu torpaqda, Goranboyun Qaradağlı kəndində, hərbiçi yoldaşları tərəfindən məzarı başında anılıb. Könüllü olaraq vətənin müdafiəsinə yollanan Mübariz Həsənov Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq və şücayət göstərərək, döyüşcü yoldaşları ilə birgə düşmənin çoxsayda canlı qüvvəsini məhv edib. Lakin erməni snayperlərinin açdığı atəş 23 yaşlı qəhrəmanın, vətən torpaqlarını erməni vandallarından azad etmək arzusunu yarıda qoyur. Şəhidin döyüş yoldaşları Mübariz Həsənovun vətənpərvər, dövlətinə, bayrağına və millətinə sədaqətli döyüşcü kimi xarakterizə edirlər.

İlqar İsmayılov - şəhidin döyüş yoldaşı: Onun yoldaşlarının dediyinə görə Mübariz bir qumbara ilə düşmənin 17 əsgərini gəbərdib. Döyüşə-döyüşə geri qayıdarkən düşmən snayperi onu vurmuşdu. Özüdə həmin döyüşlərdə nə qədər şəhid olan döyüşçü yolldaşlarımız vardı ki, ən qorxmaz, igid, qəhrəman uşaqlar idi. Elə bil allah seçdi onlara qismət etdi şəhidlik zirvəsini.

Əli Quliyev - şəhidin döyüş yoldaşı: Həmin gün 3 Mübarizimiz şəhid olmuşdu. Fərmanov Mübariz, Səfərov Mübariz və Pənahov Mübariz. Onlardan ikisi Goranboydan, biri Yevlaxdan idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. O, oğlanlar bir cana borclu idilər, onuda vətən uğrunda verdilər.