• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2422
— 08.05.2019 11:12

Maşınlar toqquşdu, yaralılar var

KepezTV Player

Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Goranboy - Goran avtomobil yolunda baş verib. “VAZ-21099” markalı minik maşını qarşıdan gələn digər minik avtomobili ilə toqquşub. Qəza nəticəsində biri yüngül olmaqla, iki nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarəti daha ciddi olan “VAZ”-ın sürücüsü, 24 yaşlı Goranboy sakini Kamran Məmmədov rayon xəstəxanasına yerləşdirilib. Yaralının müalicəsi travmatologiya şöbəsində davam etdirilir.Faktla bağlı araşdırma aparılır.