• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 08.05.2019 11:01

İrandan ölkəyə narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Üzərində gömrük nəzarətindən gizlədilmiş, şəffaf rəngli sellofana bükülü 3 ədəd bağlama aşkarlanıb. 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 22 qram təşkil edən qara rəngli narkotik vasitə - tiryək, 1 ədəd bağlamada qablaşdırılması ilə birlikdə çəkisi 70 qram təşkil edən ağ rəngli, kristal formada psixotrop maddə - metamfetamin və 1 ədəd bağlamada isə qablaşdırılması ilə birlikdə çəkisi 77 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin aşkar olunub. Faktla bağlı araşdırma aparılır.