• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1299
— 08.05.2019 11:02

Yataqxanada yanğın olub

KepezTV Player

Paytaxtın Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib. Sakinlərin sözlərinə görə, naməlum şəxslər binanın 4-cü mərtəbəsində qeyri-müəyyən şəraitdə yanğın törədiblər. Nəticədə həmin mərtəbənin dəhlizində taxta divar və döşəmə yanıb. Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti əməkdaşlarının səyi nəticəsində yanğının mənzillərə keçməsinin qarşısı alınıb. Yataqxanada bir müddət əvvələ qədər məcburi köçkünlər yaşayıb. Onların bir qismi Qobu qəsəbəsinə köçürülüb. Hazırda binada 10-a yaxın ailə yaşayır.