• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1196
— 08.05.2019 11:12

Qanlı olaylar yaşandı

KepezTV Player

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub. Olay Zabrat qəsəbəsində qeydə alınıb. 23 yaşlı Anar Rəhimov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.Daha bir qanlı hadisə Yasamal rayonunda törədilib. 40 yaşlı İlqar Gülməmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.Göygöl rayonunda isə rayon sakini 21 yaşlı Turan Hacılı bıçaqlanıb. Yaralı dərhal xəsətəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin ağır olduğu bildirilir. Cinayyəti törədən şəxs və ya şəxslərin tutulması istiqamətində əməliyyat axtarışlarına başlanılıb.Faktlar araşdırılır.