• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 08.05.2019 11:20

40 ilin məzunları yenidən görüşdü

KepezTV Player

Tələbəlik illərini 40 il bundan öncə bitirənlər yenidən təhsil aldıqları ali məktəbdə bir araya gəliblər. Gəncə Dövlət Universitetinin filologiya fakültəsini bitirənlər 4 il oxuduqları auditoriyalar, müəllimləri, bigə tarixiləşən xatirələrini yada salıb, bu illər ərzində qazandıqları uğurlardan danışıblar. Yenidən doğma universitetdə olmaqdan məmnunluq ifadə olunub, son illərdə ali məktəbin həyatında baş verən yeniliklər və tədris ocağının keçdiyi inkişaf yolu barədə məlumat alıblar. Bir neçə saatlıq gəncləşən, tələbəlik illərinə qayıdan məzunlar həyatlarından, çalışdıqları sahələr üzrə qazandıqları uğurlardan, müxtəlif bölgələri təmsil etsələr də Gəncədə yaşadıqları 4 ilin onlar üçün əhəmiyyətindən söz açıblar.