• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2159
— 08.05.2019 11:23

Elmi-tədqiqat işlərinin səviyyəsi müzakirə edilib

KepezTV Player

Universitetin yeni yaradılan tədris-təcrübə təsərrüfatında prektik məşğələlərin, elmi-tədqiqatların aparılması üçün bütün şərait yaradılıb. Qalır bu imkandan elm naminə bəhrələnərək ixrisaslaı kadrlar hazırlamaq. Bu barədə rector İbrahim Cəfərov Azərbaycan Dövlət Aqrar Universiteti əməkdaşlarının 2018-ci ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin yekunlarına dair konfransda bildirib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan konfransda aparılan elmi-tədqiqat işlərinin Kənd Təsərrüfatı Nazirliyinin sifarişlərinə uyğun olaraq aparılmasının əhəmiyyətinə toxunulub. Elmi-tədqiqat işlərinin nəticələri, onların istehsalata tətbiqinin əhəmiyyəti, dövlətin dəstəyi ilə son illərdə yaradılan və ən müasir standartlara cavab verən laboratoriyaların, mərkəzlərin tədris prosesi ilə yanaşı elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə və yüksək nəticələrin əldə olunmasına geniş imkanlar yaratdığı önə çəkilib. Konfrans işini aqronomluq, aqrotexnologiya, baytarlıq təbabəti və zoomühəndislik, mühəndislik, aqrar iqtisadiyyat, aqrobiznes və idarəetmə bölmələri üzrə davam etdirib.