Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yeni brendi olan "SƏLİS"-in e-vətəndaş proqramının Gəncə Dövlət Universitetində təqdimatı olub. Yeni innovativ xidmətinin ilk təqdimatının məhz bu universitetdə keçirilməsi yüksək qiymətləndirib. Müasir və çevik xidmət olan Sürətli Əlaqələndirmə və Layihələrin İdarəetmə Sistemi QHT-lərə, vətəndaşlara, Vətəndaş Cəmiyyətinə fasiləsiz xidmət edən, QHT layihələrinin maliyyələşdirilməsi, hesabatlılıq, apelyasiya müracətləri və ümumilikdə 20 xidməti elektronlaşdıraraq izafi vaxt və maddi itkiləri aradan qaldıraraq təqdim edir. Xidmətə daxil olan e-vətəndaş xidməti, vətəndaşların istifadə qaydaları, verəcəyi səmərə barədə hazırlanan təlimat xarakterli video-çarx nümyiş olunub, proqramdan istifadə qaydaları izah edilib. Tədbirdə iştirak edən universitet tələbəsinin ilk e-vətəndaş olması tədbir iştirakçılarına əyani nümayiş etdirilib.
- Baxış: 647