Bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Şuşa şəhərinin Ermənistan silahlıları tərəfindən işğal olunmasından 27 il ötür. Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən olan Şuşa milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa xalqımızın həyatında özünəməxsus rol oynayıb. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid olub, 165 nəfər yaralanıb, 58 nəfər əsir düşüb və girov götürülüb. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan edib, yüzlərlə tarix-mədəniyyət abidəsini dağıdıb, məbədgah və məscidləri təhqirlərə məruz qoyublar. Çox sayda nadir əlyazma nümunələri məhv edilib, təhsil və səhiyyə ocaqları xarabazara döndərilib. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.
- Baxış: 232