• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 768
— 08.05.2019 10:03

Yolda sürücülərin sənədlərini yoxlayan robotlar peyda oldu

SRI International araşdırmalar institutunun mühəndisi Ruben Bryuer polis patrulunu əvəzləyəcək robot ərsəyə gətirib. Onun işi yolda sürücülərin sənədlərini yoxlamaqdır. Robot polis maşınının ön hissəsinin sol tərəfində bərkidilib. Polis saxlamaq istədiyi maşının arxasında dayanır və bu zaman dirək irəli doğru hərəkət edir. Robot sürücünün yan şüşəsinə yaxınlaşır və polis adam, robota quraşdırılmış monitor vasitəsilə sürücü ilə ünsiyyət qurur. Mühəndisin ideyasına görə robot patrul bu cür əlaqə ilə polislə sürücü arasında konflikti minimuma endirir, həmçinin sükan arxasında ola biləcək mümkün cinayətkarın asayiş keşikçisinə zərər yetirmə ehtimalını yox edir. Rəsmi məlumatlara görə hər il ABŞ-da analoji münaqişə nəticəsində 100 nəfər sürücü və patrul polisi qətlə yetirilir.