• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1876
— 08.05.2019 10:02

Chevrolet şirkəti Ford Mustangı lağa qoydu

Ford Mustangın 55 illiyi münasibətilə onun əsas rəqiblərindən biri Chevrolet şirkəti zarafat xarakterli video təbrik yayımlayıb. Görüntülərdə balaca poniyə ad günü münasibətilə kupe Camaro hədiyyə olunub. Yeri gəlmişkən ilk Mustang 1964-cü ildə debüt edib. Həmin vaxt Nyu-Yorkda 271 at güclü kabriolet sərgilənmişdi. Elə həmin ildə modelin satışlarına başlanıb. Mustang Fordun gözləntilərini artıqlaması ilə yerinə yetirib. Belə ki, istehsaldan cəmi iki il sonra Ford yüksək tələbatı nəzərə alaraq milyon ədəd Mustang hazırlamaq məcburiyyətində qalır. Məhz 1966-cı ildə Chevrolet Camaro da debüt edir. Amma “Kamaro” Mustang kimi uğurlu olmur.