• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1573
— 07.05.2019 20:30

“Kəpəz”in məşqçisi kateqoriya aldı

KepezTV Player

“Kəpəz”in əsas komandasının məşqçilər korpusunda yer alan İlqar Hüseynov AFFA tərəfindən təşkil olunan C kateqoriyalı kursda iştirak edib. 42 yaşlı mütəxəssis 2 mərhələdən ibarət olan təlimlərı uğurla başa vuraraq lisenziyaya sahib olub. Hüseynov futbolçu kimi uzun illər xidmət etdiyi klubda 3 ildir ki, məşqçi qismində çalışır. O, əvvələr “Kəpəz”in 19 yaşlılardan ibarət komandasında köməkçi məşqçi işləyib. Ötən mövsümdən isə fəaliyyətini əsas komandada davam etdirir. Qeyd edək ki, UEFA-nın klublar üçün lisenziya tələblərindən biri də məşqçilərin müvafiq kateqoriyalara mailk olmasıdır. Artıq bir müddətdir ki, Azərbaycan futbolunda da mütəxəssislərin lisenziya alması əsas şərtlərdən hesab olunur.

Azad Rəfi