• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 757
— 07.05.2019 17:44

Ümummilli liderin xatirəsi anılıb

KepezTV Player

Göygöl rayonu Nadil kənd orta məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı il dönümü, Heydər Əliyev Fondunun isə 15 illiyi münasibətilə münasibəti ilə tədbir keçirilib. Göygöl rayonu “N”saylı hərbi hissənin, icra hakimiyyətinin nümayəndələrinin, həmçinin Rayon Təhsil Şöbəsinin əməkdaşlarının iştirak etdiyi tədbirdə görkəmli dövlət xadiminin həyat və fəaliyyətindən bəhs edən video-çarx nümayiş olunub.Çıxışlarda müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin milli yaddaşımızda buraxdığı silinməz izlərdən bəhs edilib. Tədbir məktəblilərin əl işlərinin sərgisi və konsert proqramı ilə davam edib.