• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1263
— 07.05.2019 16:35

Silahla asayişi pozan şəxs saxlanıldı

KepezTV Player

Tovuz rayonunun Əyyublu kəndi ərazisindəki kafelərin birinin qarşısında əlində tüfəng olan naməlum şəxs ictimai asayişi pozub. Bu zaman ərazidə xidmət aparan Qovlar Polis Bölməsinin əməkdaşları həmin şəxsin əlindən silahı alarkən havaya atəş açılıb, sonuncu tüfəngi ataraq qaçıb. Araşdırmalarla həmin şəxsin Şəmkir rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunan Eynur Həsənov olması, “İJ-16” markalı tüfəngin isə müvafiq sənədlərinin olmadığı, həmçinin həmin gün qeyd edilən kafedə sərxoş halda həmkəndlisi ilə mübahisə etdiyi müəyyən edilib.

Bərzani Abbasov baş müstəntiq: Nalayiq ifadələr işlətməklə Mais Abbasova müxtəlif bədən xəsarəti yetirəcəyi hədəsi ilə əlində olan ov tüfəngi ilə havaya bir dəfə atəş açmaqla qərəzli xuliqnalıq etmişdir.

Saxlanılan Eynur Həsənov hadisə vaxtı sərxoş olduğunu və əməlinə görə peşman olduğunu deyib.

Eynur Həsənov saxlanılan şəxs:Mən içmişdim. Getdim evə silah götürüb kefli havasına gəlmişəm. Oradada orqan işçiləri saxladı silahımı təhvil verdim.

Eynur Həsənovdan götürülən odlu silah ekspertizaya təqdim olunub. Onun əməlinə istintaqın yekununda hüquqi qiymət veirləcək.