• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 688
— 07.05.2019 10:32

Hyundai Creta krossoveri indi Palisade offrouduna bənzəyir

Hyundai avtoistehsalçıları ix25 krossoverinin ikinci nəsil modelini göstəriblər. O, digər bazarlarda Creta və Cantus adı ilə satılır. Yenilik Palisade flaqman offroudunun dizaynını mənimsəyib. Maşının indi mərkəzi alətlər panelində planşetli multimedia sistemi var. Hyundai ix25 30 millimetr uzanıb, 10 millimetr enlənib. Təkər bazası isə 20 millimetr böyüyüb. Motor barəsində rəsmi məlumat yoxdur. Amma çinli jurnalistlər güman edirlər ki, kapotun altında benzin və dizel motorlar olacaq. Yeri gəlmişkən avtomobil Çin bazarı üçün nəzərdə tutulub.