• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 765
— 07.05.2019 12:35

Yeni tələbə krediti sistemi növbəti tədris ilində tətbiq olunacaq

KepezTV Player

Azərbaycanda tətbiq olunacaq yeni tələbə kredit sistemi ilə bağlı hazırda son müzakirələr aparılır. Bunu Təhsil nazirinin müavini İdris İsayev deyib. Onun sözlərinə görə, kreditlə bağlı yeni sistem növbəti tədris ili üçün tətbiq olunacaq."Hazırda tələbə kreditləri ilə bağlı son müzakirələr gedir. Bu da növbəti tədris ilində tələbələr üçün təhsil haqqının kredit formasında verilməsi imkanı yaradacaq" deyə nazir müavini bildirib.Xatırladaq ki, Maliyyə naziri Samir Şərifov 2019-cu ilin dövlət büdcəsinin layihəsi müzakirə edilərkən təhsil kreditlərinin qaytarılıb-qaytarılmayacağı ilə bağlı problemin olduğunu açıqlamışdı.Təhsil naziri Ceyhun Bayramovun tapşırığına əsasən, "Maarifçi" Tələbə Kredit Fondu kredit borclarının qaytarılması ilə bağlı beynəlxalq təcrübədə olan alternativ mexanizmlər üzərində işləyir.